Advertisement

İsmayıllıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Bakı. Trend:

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının İsmayıllı rayonu
ərazisində keçirdikləri tədbirlər zamanı “VAZ-2107” markalı
avtomobilin sürücüsü Ə.Novruzov işıq cihazlarından düzgün istifadə
etmədiyi üçün ona “saxla” işarəsi verilib.

Trend-in
məlumatına görə, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən
bildirilib.

Yoxlama zamanı sürücünün narkotik vasitənin təsiri altında
olmasına dair şübhə yarandığından o, tibbi müayinədən
keçirilib.

Nəticədə Ə.Novruzovun marixuana istifadə etdiyi müəyyən edilib.
Həmçinin, avtomobildə sərnişin qismində olan S.Məmmədovdan
marixuana aşkar edilərək götürülüb. Sürücü barəsində protokol
tərtib olunub, S.Məmmədov isə maddi sübutla birlikdə İsmayıllı
Rayon Polis Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.