Advertisement

Beyləqan birmərtəbəli ev yanıb – Trend.Az

Bakı. Trend:

Beyləqan rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Yuxarı Aran
qəsəbəsində ümumi sahəsi 90 m² olan birmərtəbəli 4 otaqlı evin 1
otağının yanar konstruksiyaları 28 m² sahədə, digər otağın 1 ədəd
qapısı, pəncərə çərçivəsi və dam örtüyü 60 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından
mühafizə bölmələri tərəfindən söndürülüb.