Advertisement

Pakistanda avtobus qəzasında 28 nəfər ölüb

Bakı. Trend:

Pakistanın Bəlucistan əyalətində avtobus qəzası nəticəsində 28
nəfər ölüb.

Trend xəbər
verir ki, bu barədə Pakistan KİV məlumat yayıb.

Bildirilib ki, hadisə Vaşuk rayonunda baş verib. İlkin versiyaya
görə, avtobusun təkəri partlayıb və nəticədə nəqliyyat vasitəsi
yoldan çıxaraq aşıb.

Hadisə yerinə xilasedicilər cəlb olunub, xəsarət alanlar
xəstəxanaya yerləşdirilib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun