Advertisement

Xırdalanda soyğunçuluq törədən şəxs tutuldu

Bakı. Trend:

Xırdalanda soyğunçuluq törədilib.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat
yayıb.

Bildirilib ki, mayın 23-də Xırdalan şəhəri ərazisində
avtomobildə sürücünün sərnişin olan Qobu qəsəbə sakininin 120 manat
pulunu soyğunçuluq yolu ilə talaması barədə polisə məlumat daxil
olub.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri
tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Əlizadə
Nəcəfov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.