
Bakı. Trend:
Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, general-mayor
Firudin Nəbiyev istefaya göndərilib.
Trend xəbər verir ki, F.Nəbiyev yaş həddinə görə ehtiyyata
buraxılıb.
Bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənov Əmr
imzalayıb.
O, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq bəndinə
əsasən, həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdığına
görə istefaya göndərilib.





























