
Bakı. Trend:
Bakıda 43 ədəd kanalizasiya quyusunun dəmir barmaqlıqlarını
oğurlayan şəxs saxlanılıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat
yayıb.
Bildirilib ki, Səbail rayonu ərazisində Bulvar İdarəsinə məxsus
43 ədəd kanalizasiya quyusunun dəmir barmaqlıqlarının oğurlanması
barədə polisə məlumat daxil olub.
Səbail Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri
tədbirlərlə hadisəni törətmiş 1985-ci il təvəllüdlü Əfqan Əhmədov
saxlanılıb. Ondan oğurladığı dəmir barmaqlıqların bir hissəsi
aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.





























