Bakı. Trend:
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla tezliklə
sülh sazişinin imzalanmasını mümkün hesab edir.
Trend xəbər
verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Xatırladaq ki, aprelin 19-da Azərbaycan dövlət sərhədinin
delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistanın dövlət
sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının
səkkizinci görüşü keçirilib. Görüşdə Qazaxın işğal altında olan
yeddi kəndindən dördünün – Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara
və Qızılqacılı kəndlərinin – Azərbaycana qaytarılması haqqında
razılıq əldə edilib.





























