Bakı. Trend:
ABŞ-nin sabiq Prezidenti Donald Tramp məhkəmələrin yüksək
xərclərinə görə təyyarələrindən birini satıb.
Trend “The Guardian”a istinadən xəbər verir ki, Tramp “Cessna
Citation X” təyyarəsindən 2016-cı il seçki kampaniyası zamanı
tez-tez istifadə edib.
Təyyarənin dəyərinin 10 milyon dollar olduğu bildirilir.
Təyyarə İran əsilli tikinti maqnatı və Trampın əsas maliyyə
donoru Merdad Moayedi tərəfindən alınıb.





























