Bakı. Trend:
Rusiya prezidenti Vladimir Putin dövlət başçısının köməkçisi
Aleksey Dyumin Rusiya Federasiyası Dövlət Şurasının katibi təyin
olunması barədə fərman imzalayıb.
Trend xəbər
verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Dyumin bundan əvvəl Tula vilayətinin qubernatoru,
Rusiya müdafiə nazirinin müavini vəzifələrində çalışıb.
Həmçinin, qeyd edək ki, Rusiya Federasiyası Dövlət Şurasının
bundan əvvəlki katibi İqor Levitin olub.





























