Advertisement

Havada normadan artıq toz müşahidə olunur

Bakı. Trend:

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən dünən
səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu
hava şəraiti müşahidə olunur.

Trend-in məlumatına görə,
ETSN-in Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş
mühəndisi Rəna Allahverdiyeva bildirib ki, havada tozun miqdarı
1.7- 1.9 dəfə normadan artıqdır.

“Tozlu hava şəraitinə səbəb cənub-şərq istiqamətli küləklər
vasitəsilə Türkmənistan ərazisindən ölkəmizə daxil olan toz
dumanıdır.

Tozlu hava şəraitinin axşam saatlarına qədər davam edəcəyi və
sinoptik şəraitlə əlaqədar gecə saatlarında norma daxilinə düşəcəyi
gözlənilir”, o deyib.