Advertisement

Polşa Belarusla sərhəddə bufer zonası yaratmaq niyyətindədir

Bakı. Trend:

Polşanın hakimiyyət orqanları Belarusla sərhəddə 200 metr enində
bufer zonası yarada bilər.

Trend xəbər verir ki, Polşanın Baş naziri Donald Tusk bu barədə
Belarusla sərhəddə sərhədçilər və hərbçilərlə görüşü zamanı təşkil
olunan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, müvafiq qərarın iyunun əvvəlində qəbul
olunacağı gözlənilir.

Görüşdə iştirak edən Polşanın müdafiə naziri Vladislav
Kosiniak-Kamış isə öz növbəsində Belarusla sərhəddə hərbçilərin
sayının artırıldığını açıqlayıb.

Məlumata görə, 2024-cü ilin əvvəlindən bəri Belarusdan Polşaya
13 mindən çox qanunsuz keçid cəhdi qeydə alınıb.