Advertisement

Daha bir türkiyəli forvard Premyer Liqaya getdi

Bakı. Trend:

Enes Ünal İngiltərənin “Bornmut” klubu ilə müqavilə
imzalayıb.

Trend İdman.biz
istinadən xəbər verir ki, bunu Premyer Liqa təmsilçisinin mətbuat
xidməti açıqlayıb.

27 yaşlı hücumçu “Bornmut”la 4 illik anlaşmaya imza atıb.
Yanvarda “Xetafe”dən icarəyə götürülən Enesin transfer hüququ
İngiltərə klubuna keçib.

Qeyd edək ki, hücumçu Premyer Liqanın 2023/24 mövsümündə 16
oyunda 2 qol vurub.