Advertisement

Yəmən yaxınlığında hücuma məruz qalan gəminin tanker olduğu məlum olub

Bakı. Trend:

Yəmənin Əl-Hudeyda limanı yaxınlığında hücuma məruz qalan
gəminin maye neft qazı daşıyan tanker olduğu məlum olub.

Trend xəbər
verir ki, bu barədə “Reuters” Böyük Britaniyanın dəniz
təhlükəsizliyi məsələləri ilə məşğul olan “Ambrey” şirkətinə
istinadən xəbər yayıb.

Marşal adalarının bayrağı altında üzən tankerin yanında iki
partlayışın baş verdiyi qeyd olunub.

Xatırladaq ki, martın 15-də Yəmənin Hudeyda limanından 50 dəniz
mili cənub-qərbdə gəmiyə hücum olunub. Bu barədə Böyük Britaniya
Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Nəqliyyatının Koordinasiyası
Mərkəzi (United Kingdom Maritime Trade Operations, UKMTO) xəbər
verib.

“UKMTO Yəmənin Hudeyda şəhərindən 50 dəniz mili cənub-qərbində
hadisənin baş verməsi barədə məlumat alıb”, – deyə bildirilib.