Advertisement

“Nar”ın dəstəyi ilə hazırlanan jestdili.az saytının istifadəçilərinin sayı ikiqat artdı

Bakı. Trend:

Ənənəvi olaraq, sərfəli operator kimi tanınan “Nar” sosial
layihələri ilə də cəmiyyətə töhfə verməyə davam edir. Bu layihələr
sırasında inklüziv cəmiyyət qurmağa yönələn və beynəlxalq mükafata
layiq görülən jestdili.az
elektron jest dili lüğəti xüsusi önəm daşıyır.

“Nar”ın dəstəyi ilə ADA Universitetinin tələbələrinin bu ilin
əvvəlində yenilədiyi saytda son üç ayın nəticələrinə əsasən
istifadəçi sayı ikiqat artıb. Daha bir statistik göstəricəyə görə
isə saytda ən çox axtarılan ifadələr “salam”, “ata” və “ana”
sözləridir. Sayta marağın artmasının səbəblərindən biri
universitetin tələbələrinin təşəbbüsü ilə istifadəçi rahatlığını
təmin etmək üçün saytın interfeysinin, dizaynının və axtarış
sisteminin təkmilləşdirilməsi və bir çox digər funksiyalarla
zənginləşdirilməsidir.

Layihənin digər tərəfdaşı olan “Karlara Dəstək” İctimai
Birliyinin sədri Kamran Abasov Azərbaycan jest dilini tamamilə
pulsuz öyrənməyə imkan verən resursun yalnız eşitmə və nitq
məhdudiyyətli şəxslər üçün olmadığını bildirir: “Dörd ildir,
fəaliyyət göstərən jestdili.az saytına maraq gündən-günə
artmaqdadır. Bu sayt təkcə nitq və eşitmə məhdudiyyətlilər üçün
olmadığından hər kəs buradan tam ödənişsiz olaraq faydalana bilər.
Hesab edirəm ki, biz bir-birimizi daha yaxşı anlamaqla
məhdudiyyətləri aşa və inklüziv cəmiyyət qura bilərik”.

Qeyd edək ki, daim təkmilləşdirilən elektron lüğət hazırda 4000
sözün və 500 çox işlənən cümlələrin video izahını təqdim edir.
2023-cü ildə Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosasiyası (IPRA)
jestdili.az layihəsini əsas götürərək “Nar”ı ən yaxşı korporativ
məsuliyyət nominasiyasında birinci yerə layiq
görüb
.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək
keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 5 ildə
Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.
Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq
sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.