
Bakı. Trend:
PAŞA Bank 2023-cü ildə üç yeni biznes innovasiyasını
reallaşdırıb.
Trend xəbər
verir ki, bu barədə “PAŞA Bank”ın baş icraçı direktoru və İdarə
Heyətinin sədri Cavid Quliyev 2023-cü il üzrə fəaliyyətin
yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
“PAŞA Bank müştərilər üçün vergi və mühasibat əməliyyatlarını
avtomatlaşdıran yeni “Maliyyə bələdçisi” xidmətini təqdim edib. Bu,
bank sektorunda maliyyə uçotunun aparılmasını və iş proseslərinin
optimallaşdırılmasını əhəmiyyətli dərəcədə asanlaşdıran ilk belə
xidmətdir. İkinci biznes innovasiyası “Tərəfdaşın yoxlanılması”
adlı yenilikdir. Artıq şirkətlər VÖEN-in köməyilə tərəfdaşlarının
ümumi, vergi, hüquqi məlumatları və dövlət tenderlərinə dair
məlumatları əldə edə bilər. Bu yenilik riskləri azaldır və
tərəfdaşlarla qarşılıqlı əlaqə prosesini sadələşdirir, informasiya
şəffaflığını və işgüzar münasibətlərin etibarlılığını
yaxşılaşdırır”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, üçüncü istiqamət “Maliyyə iadrəetmə
platforması”dır.
“PAŞA Bank şirkətlərin maliyyə idarəetmə proseslərini
optimallaşdıran platforma işləyib hazırlayıb. Platforma şirkətlər
qruplarının bank hesablarına dair məlumatların real vaxt rejimində
əks olunmasını təmin edir, analitik qrafiklər təqdim edir və
maliyyə axınlarına nəzarəti yaxşılaşdırır”, – deyə o əlavə
edib.
(Tərcümə: Rəna Əbdürəhmanova)























