Advertisement

Bakıda keçmiş məhkumdan 7 kq narkotik götürüldü

Bakı. Trend:

Bakıda saxlanılan şəxsdə 7 kiloqram marixuana aşkarlanıb.

Trend Daxili İşlər
Nazirliyinə istinadən xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə
İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə
qarşı həyata keçirdikləri növbəti əməliyyat zamanı əvvəllər məhkum
olunmuş 1972-ci il təvəllüdlü İlqar Rəcəbov saxlanılıb.

Onun üzərindən və sərnişini olduğu avtomobildən tərkibi
psixotrop maddələrlə zənginləşdirilən 7 kiloqram narkotik vasitə
marixuana aşkarlanıb. İ.Rəcəbov narkotikləri sosial şəbəkələrdə
tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan xarici ölkələrdən
birinin vətəndaşından satmaq məqsədi ilə əldə etdiyini
bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.