
Bakı. Trend:
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz
Nəqliyyatı Donanmasına məxsus “Zəngəzur” tankeri əsaslı təmir
olunub.
Trend bu
barədə ASCO-ya istinadən xəbər verir.
“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir zamanı
tankerin baş və köməkçi mühərrikləri, avar valı sazlanıb, bəzi
elektrik avadanlıqları yeniləri ilə əvəzlənib, köhnələri təmir
olunub. Eyni zamanda, göyərtədə və maşın şöbəsində boruquraşdırma
işləri yerinə yetirilib.
Gəmidə rabitə və elektroradionaviqasiya sahəsinə aid 2 dəst
müasir tip “Inmarsat-C”, 1 dəst “DS-85” tipli sürətölçən laq, 1
dəst “NAVTEX-700” tipli hava məlumat qəbuledicisi, 1 dəst stasionar
UQD radiostansiya quraşdırılıb.
Gəminin heyətinə məxsus yaşayış otaqları da yenilənib.
Təmirçilər tankerin sualtı və suüstü hissəsinin, baş göyərtə və
üst qurumunun, lövbər zəncirlərinin obraziv qumla təmizlənərək
rənglənməsini də həyata keçiriblər.
Təmirdən sonra tanker yenidən istismara qaytarılıb.





























