Advertisement

Prezident İlham Əliyev: Bu gün Azərbaycan və Gürcüstan Avrasiya üçün də önəmli ölkələrə çevrilib

Bakı. Trend:

Bu gün hər iki ölkə birgə səylərlə nəinki öz ölkəsinin iqtisadi
inkişafını təmin edir, eyni zamanda, bölgə üçün və böyük mənada
Avrasiya üçün də önəmli ölkələrə çevrilib.

Trend xəbər verir ki, bu
sözləri Prezident İlham Əliyev martın 16-da Gürcüstanın Baş naziri
İrakli Kobaxidze ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında
söyləyib.

Dövlətimizin başçısı, həmçinin qeyd edib: “Həyata keçirdiyimiz
birgə infrastruktur layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət
kəsb edir. Bundan sonra da bu istiqamətdə əlavə addımlar
atılacaq”.