
Bakı. Trend:
Nikaraqua Respublikasının Prezidenti Daniel Orteqa Saavedradan
və vitse-prezidenti Rosario Muriyo
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik
məktubu ünvanlayıb.
Trend xəbər verir ki, məktubda deyilir:
“Zati-aliləri, əziz Qardaşımız.
İcazə verin, Nikaraqua Respublikasının xalqı, Barışıq və Milli
Birlik Hökuməti adından və şəxsən öz adımızdan Sizə, qardaş
Azərbaycan xalqına və hökumətinə əlamətdar tarix – 28 May –
Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimizi
çatdıraq.
Daim firavan və müstəqil olan Nikaraquadan bu zəfərlər, milli
suverenlik və müstəqillik tarixini qeyd etməkdə sizə qoşuluruq.
Qardaş Azərbaycan xalqı və hökuməti ilə ənənəvi dostluq və
əməkdaşlıq əlaqələrini bundan sonra da möhkəmləndirməyə
sadiqliyimizi bir daha vurğulayırıq.
Hörmətli Prezident, Sizi qardaşcasına bağrımıza basır, dost
Azərbaycan xalqına sülh, inkişaf və firavanlıq arzularımızı
çatdırırıq”.
xxx
18:38
Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin qubernatoru
Aleksandr Beqlov Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevə təbrik məktubu ünvanlayıb.
Trend xəbər verir ki, məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü
münasibətilə Sizə səmimi təbriklərimi çatdırıram.
1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsinin imzalanması güclü
müstəqil dövlətin inkişafının bünövrəsini qoydu.
Böyük tarixi və zəngin mədəniyyəti olan Azərbaycan bu gün
iqtisadi və sosial sahələrdə mühüm uğurlar qazanır, regionda və
dünyada xarici siyasət mövqelərini möhkəmləndirir. Azərbaycan
Respublikası Sizin rəhbərliyinizlə qüdrətli və inkişaf edən dövlətə
çevrilib.
Bu əlamətdar gündə xalqınız yeni Azərbaycanın təşəkkül tapması,
ölkələrimiz arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsi
üçün çox işlər görmüş Ümummilli Lider Heydər Əlirza oğlu Əliyevin
xatirəsini ehtiramla anır.
Sankt-Peterburq iyirmi ildən artıq müddətdə uğurla inkişaf edən
Azərbaycan Respublikasındakı tərəfdaşları ilə etimad və qarşılıqlı
hörmət əsasında konstruktiv dialoqu yüksək qiymətləndirir.
Əminəm ki, bu yaxınlarda Sankt-Peterburqun Bakıda mədəni-işgüzar
missiyası ölkələrimiz və şəhərlərimiz arasında qarşılıqlı
fəaliyyətin möhkəmləndirilməsi istiqamətində mühüm addım oldu. Əldə
olunmuş razılaşmalar Peterburq-Azərbaycan əlaqələrini daha da
möhkəmləndirəcək.
Azərbaycana tərəqqi, ölkənin sakinlərinə sülh və əmin-amanlıq
arzulayıram”.
xxx
16:43
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu
ünvanlayıb.
Trend xəbər verir ki, məktubda deyilir:
“Zati-aliləri.
Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizi və bütün
Azərbaycan xalqını ürəkdən təbrik edirik.
Bu əlamətdar tarix Azərbaycanın dövlətçiliyinin
möhkəmlənməsinin, sosial-iqtisadi inkişafında nəzərəçarpan
nəticələrin əldə olunmasının, ölkənin beynəlxalq arenada nüfuzunun
artmasının rəmzidir.
Mən Azərbaycan xalqının mədəniyyətini və qonaqpərvərliyini hiss
etdiyim, çoxlu müsbət təəssüratlar aldığım Bakı səfərimi və Sizinlə
görüşümü məmnunluqla xatırlayıram.
Azərbaycan Respublikası Şanxay Əməkdaşlıq Təşkilatı ailəsinin
ayrılmaz parçasıdır və təşkilatın dialoq üzrə ən fəal
tərəfdaşlarındandır. Əminəm ki, birgə səylərimizlə qarşılıqlı
münasibətlərimizin məzmununu gələcəkdə daha da
zənginləşdirəcəyik.
Zati-aliləri, icazə verin Sizə möhkəm cansağlığı və işlərinizdə
yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi
arzulayım”.
xxx
16:41
İtaliyada fəaliyyət göstərən Napoli-Bakı Assosiasiyasının sədri
Cuzeppe Kanilia Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə
təbrik məktubu ünvanlayıb.
Trend xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident.
Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin 106-cı ildönümü
münasibətilə Sizi təbrik edirik. 28 May zəngin tarixə, mədəniyyətə
malik Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən bir gündür. Bu
əlamətdar bayram münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi
arzularımızı çatdırırıq.
İtaliya ilə Azərbaycanı qarşılıqlı hörmətə, əməkdaşlığa və
dostluğa əsaslanan güclü tərəfdaşlıq birləşdirir. Biz ölkələrimizin
rifahı naminə bütün sahələrdə əlaqələrimizi daha da gücləndirmək
əzmindəyik.
Əminik ki, Sizin müdrik rəhbərliyinizlə Azərbaycan bundan sonra
da inkişaf edəcək və bütün sahələrdə daha böyük uğurlar
qazanacaqdır. Sizə və Azərbaycan xalqına sülh, sabitlik, firavanlıq
və xoşbəxtlik diləyirik.
Yaşasın Azərbaycan!”.
xxx
14:55
Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyev
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu
ünvanlayıb.
Trend xəbər verir ki, məktubda deyilir:
“Möhtərəm İlham Heydər oğlu.
Sizi və Sizin şəxsinizdə qardaş Azərbaycan xalqını milli
bayramınız – Müstəqillik Günü münasibətilə təbrik edirəm.
Bu bayram ölkənin zəngin tarixini, onun sarsılmaz suverenliyini
və müstəqilliyini, dünya arenasında nüfuzlu mövqeyini, həmçinin
Azərbaycan xalqının birliyini təcəssüm etdirir. Azad olunmuş
ərazilərin fəal şəkildə bərpası ölkənin nailiyyətlərinin növbəti
örnəyi oldu.
Əminəm ki, Azərbaycan Sizin müdrik rəhbərliyinizlə sürətli
inkişaf yolunu uğurla davam etdirəcək. Mehriban qonşular olan
ölkələrimiz arasında səmimi münasibətlər isə yeni strateji
tərəfdaşlıq əsasında və iqtisadi, təhsil, humanitar, mədəni
əməkdaşlıq sahələrində xalqlarımızın rifahı naminə daha da
möhkəmlənəcəkdir.
İcazə verin, Sizə, doğmalarınıza və Azərbaycan xalqına sülh,
əmin-amanlıq, cansağlığı, xoşbəxtlik və bütün sahələrdə yeni
uğurlar naminə tükənməz enerji arzulayım”.
xxx
14:53
“Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşin
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu
ünvanlayıb.
Trend xəbər verir ki, məktubda deyilir:
“Zati-aliləri.
“Mir” Dövlətlərarası Teleradio Şirkətinin kollektivi adından və
şəxsən öz adımdan milli bayramınız – Azərbaycan Respublikasının
Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul
edin.
Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı,
tükənməz enerji, sülh, sabitlik və Azərbaycan xalqının tərəqqisi
naminə səmərəli fəaliyyətinizdə uğurlar arzulayıram.
Sizi əmin edirik ki, “Mir” Teleradio Şirkəti gələcəkdə də
Azərbaycanın həyatını və baş verən hadisələri maksimum dərəcədə
obyektiv və geniş işıqlandıracaq”.
xxx
14:51
Beynəlxalq Rusdilli Vəkillər Assosiasiyasının prezidenti Həsən
Mirzəyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik
məktubu ünvanlayıb.
Trend xəbər verir ki, məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Beynəlxalq Rusiyalı Həmvətənlər Şurasının, Beynəlxalq Rusdilli
Vəkillər Assosiasiyasının, Rusiya Vəkillər Gildiyasının,
H.B.Mirzəyev adına Rusiya Vəkillik və Notariat Universitetinin
adından və şəxsən öz adımdan Sizi və Azərbaycan xalqını Müstəqillik
Günü münasibətilə təbrik edirəm.
Azərbaycan Sizin müdrik rəhbərlinizlə irimiqyaslı siyasi,
iqtisadi islahatlar və dəyişikliklər, əhalinin sosial rifahının
yüksəldilməsi yolu ilə inamla irəliləyir, aktual beynəlxalq və
regional problemlərin həllində fəal iştirak edir.
Sizin uzaqgörən siyasətiniz sayəsində Azərbaycan ilə Rusiya
arasında iqtisadi, mədəni, siyasi əlaqələr gündən-günə genişlənir
və möhkəmlənir. 2022-ci ilin fevralında imzalanmış “Azərbaycan
Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik
qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” şübhəsiz ki, bütün
sahələrdə ikitərəfli əlaqələrin keyfiyyətli inkişafına kömək edəcək
və bu da dost xalqlarımızın maraqlarına uyğundur.
Bir soydaş kimi, tarixi Vətənimlə fəxr edirəm, onu əziz tuturam
və Azərbaycan Respublikasında bütün müsbət dəyişikliklərə
səmimi-qəlbdən sevinirəm.
Xüsusi vurğulamaq istəyirəm ki, Siz atanızın – Heydər Əlirza
oğlu Əliyevin Azərbaycan Respublikasında əsasını qoyduğu islahat
kursunun layiqli davamçısısınız. Sizin fəal vətənpərvərlik və
vətəndaşlıq mövqeyiniz, dövlət əhəmiyyətli vəzifələri uğurla yerinə
yetirməyiniz Vətənə layiqli xidmət örnəyidir.
Qoy enerji, gümrahlıq və ruh yüksəkliyi daim Sizinlə olsun! Sizə
möhkəm cansağlığı, uzun ömür, ali dövləti vəzifənizdə
müvəffəqiyyətlər və Azərbaycan xalqının rifahı naminə yeni-yeni
nailiyyətlər arzulayıram.
Sizə, yaxınlarınıza və bütün Azərbaycan xalqına cansağlığı, sülh
və əmin-amanlıq diləyirəm.
Hörmətlə,
Həsən Mirzəyev
Beynəlxalq Rusdilli Vəkillər Assosiasiyasının prezidenti,
Rusiya Vəkillər Gildiyasının prezidenti,
Rusiya Federal Vəkillər Palatasının vitse-prezidenti
H.B.Mirzəyev adına Rusiya Vəkillik və Notariat Universitetinin
rektoru, Rusiya Federasiyasının Əməkdar hüquqşünası,
hüquq elmləri doktoru, professor, Rusiyanın fəxri ədliyyə
işçisi”.
xxx
13:12
Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı
Rəşid Temrezov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə
təbrik məktubu ünvanlayıb.
Trend xəbər verir ki, məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Sizi və Azərbaycan Respublikasının bütün sakinlərini milli
bayram – Müstəqillik Günü münasibətilə təbrik edirəm.
Azərbaycan mədəniyyəti və tarixi ilə zəngindir. Ölkə bu gün
Sizin rəhbərliyinizlə sosial-iqtisadi inkişaf sahəsində yüksək
nəticələr əldə edir. Azərbaycan dünya səviyyəli mədəniyyət və idman
tədbirlərində fəal iştirak edir ki, bu da respublikanın nüfuzunun
göstəricisidir.
Şübhəsiz ki, ölkənin əsas sərvəti onun qonaqpərvər, zəhmətkeş və
müdrik vətəndaşlarıdır. Onların öz əlləri ilə qurub yaratdıqları
dünyanın hər yerindən gələn qonaqları heyran edir.
Azərbaycan ilə Qaraçay-Çərkəz Respublikası arasında səmimi
dostluq münasibətləri yaranıb. İnanıram ki, əməkdaşlığımız bundan
sonra da respublikalarımızın hərtərəfli inkişafına
yönələcəkdir.
Sizə və günəşli Azərbaycanın bütün sakinlərinə möhkəm
cansağlığı, əmin-amanlıq və tərəqqi arzulayıram”.
xxx
13:02
Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid
Tebbun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik
məktubu ünvanlayıb.
Trend xəbər verir ki, məktubda deyilir:
“Zati-aliləri, əziz Qardaşım.
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə
Əlcəzair xalqı, hökuməti adından və şəxsən öz adımdan ən səmimi
təbriklərimi çatdırmaqdan, Uca Allahdan Zati-alinizə möhkəm
cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə daha çox
inkişaf və firavanlıq diləməkdən məmnunluq duyuram.
Bu xoş fürsətdən istifadə edərək, ölkələrimizi birləşdirən
qardaşlıq və əməkdaşlıq münasibətlərinin artan dinamika ilə
inkişafından şad olduğumu bildirirəm. Dost xalqlarımıza xidmət
baxımından əlaqələrimizin daha da möhkəmləndirilməsi istiqamətində
Sizinlə birgə işləmək istəyimi bir daha ifadə edirəm.
Zati-aliləri, əziz Qardaşım, ən yüksək hörmət və ehtiramımı
qəbul etməyinizi xahiş edirəm”.
xxx
13:00
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin
rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Pyotr Qlıboçko
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu
göndərib.
Trend xəbər verir ki, məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Sizi milli bayramınız – Azərbaycanın Müstəqillik Günü
münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Müdrik siyasi xadim və öz ölkəsinin vətənpərvəri kimi, Siz
xalqınızın rifah halını durmadan yüksəldir və ölkənizin nüfuzunu
bütün dünyada artırırsınız.
Cənab Prezident, Sizə və bütün Azərbaycan xalqına davamlı
inkişaf və tərəqqi arzulayıram”.
xxx
11:41
Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin sabiq prezidenti
Vahid Ələkbərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə
təbrik məktubu göndərib.
Trend xəbər verir ki, məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi və
bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm.
Bu gün Azərbaycan sürətlə inkişaf edən ölkədir. Qərb və Şərq
sivilizasiyalarının mütərəqqi nailiyyətlərini tətbiq edən
Azərbaycan Sizin rəhbərliyiniz sayəsində əsas dəyərləri –
mədəniyyəti, mənəviyyatı, milli özünəməxsusluğu qoruyub saxlayır.
Ölkədə ailə institutu, yaşlı nəslin xidmətlərinə hörmət,
vətənpərvərlik hissi möhkəmlənir.
Hörmətli İlham Heydər oğlu, icazə verin, fürsətdən istifadə
edərək “LUKOYL”un Azərbaycanda fəaliyyətinə göstərilən hərtərəfli
dəstəyə görə dərin minnətdarlığımı bildirim, həmçinin Sizə və bütün
Azərbaycan xalqına xoşbəxt həyat, sülh və tərəqqi arzulayım”.
xxx
11:39
Rusiyanın Tatarıstan Respublikasının Leninoqorsk şəhərinin və
Leninoqorsk rayonunun “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti
yerli ictimai təşkilatının sədri Ramiz Məmmədov Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu
göndərib.
Trend xəbər verir ki, məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Rusiyanın Tatarıstan Respublikasının Leninoqorsk şəhərinin və
Leninoqorsk rayonunun “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti
yerli ictimai təşkilatı adından Sizi Azərbaycanın milli bayramı –
Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.
Sizin illər boyu apardığınız uğurlu daxili və xarici siyasət öz
bəhrələrini verir. Azərbaycan sürətlə inkişaf edərək, yüksək nüfuz
və hörmət qazanaraq beynəlxalq arenada layiqli yerini tutub.
Azərbaycan Respublikası Sizin müdrik rəhbərliyinizlə sürətlə
irəliləyərək təkcə regional deyil, həm də beynəlxalq arenada inamlı
və nüfuzlu mövqelər qazanır, sosial-iqtisadi inkişaf yolu ilə
addımlayır.
Sizin daimi diqqətiniz sayəsində Azərbaycan Respublikası ilə
Rusiya Federasiyası, xüsusən Tatarıstan Respublikası arasında
dostluğa, qardaşlığa, qarşılıqlı hörmətə və xalqlarımızın dəstəyinə
əsaslanan ikitərəfli əməkdaşlığın üfüqləri genişlənir. Azərbaycanın
inkişafı, onun nüfuzunun artırılması və dünya miqyasında
mövqelərinin gücləndirilməsi, həmçinin Rusiyadakı Azərbaycan
ictimai təşkilatlarının dəstəklənməsi, ölkələrimiz arasında
münasibətlərin inkişafı istiqamətində gördüyünüz işlərə görə Sizə
minnətdarıq. Fəxr edirik ki, müstəqil Azərbaycan dövləti bu gün
beynəlxalq miqyasda öz nüfuzunu artırıb.
Cənab Prezident, Sizə və yaxınlarınıza səmimi-qəlbdən möhkəm
cansağlığı, hər zaman yüksək əhval-ruhiyyə və işlərinizdə uğurlar
arzulayıram.
Hörmətlə,
Ramiz Məmmədov
Rusiyanın Tatarıstan Respublikasının Leninoqorsk şəhərinin
və Leninoqorsk rayonunun “Birlik” Azərbaycan Milli-Mədəni
Muxtariyyəti yerli ictimai təşkilatının sədri”.
xxx
28.05.2024
Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru Qriqori
Trubnikov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə
təbrik məktubu göndərib.
Trend xəbər verir ki, məktubda deyilir:
“Möhtərəm cənab Prezident.
İcazə verin, Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ)
direktorluğunun və beynəlxalq kollektivinin adından Sizi Azərbaycan
Respublikasının Müstəqillik Günü münasibətilə təbrik edim.
Fürsətdən istifadə edərək bildirirəm ki, beynəlxalq
hökumətlərarası təşkilatımızın Azərbaycanın tədqiqat mərkəzləri və
universitetləri ilə qarşılıqlı fəaliyyətinin zəngin tarixi BNTİ-nin
yaradıldığı vaxtdan – təxminən 70 il əvvəl başlayıb. Əməkdaşlığın
yeni yekun nəticəsi müstəqil Azərbaycan Respublikasının İnstituta
daxil olması ilə əlamətdar olub. Azərbaycanın elmi ictimaiyyəti ilə
tarixən formalaşmış əlaqələri möhkəmləndirən institutumuz bu il
yaradılmasının birinci onilliyini qeyd edən Milli Nüvə Tədqiqatları
Mərkəzi və ADA Universiteti ilə sıx surətdə fəaliyyət göstərir.
Hazırda Azərbaycanın 8 universiteti və elmi-tədqiqat mərkəzi
Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun tərəfdaşıdır, onlarla nüvə
və relativistik atom fizikası, nəzəri fizika və informasiya
texnologiyaları, elementar hissəciklər fizikası və kondensasiya
olunmuş maddə fizikası sahələrində birgə işlər aparılır.
Yüksəkixtisaslı kadrların hazırlanması üzrə birgə elmi-təhsil
proqramları, ABŞ və İsveçrənin elmi təşkilatları çərçivəsində
əməkdaşlıq həyata keçirilir.
Əmin olduğumu bildirirəm ki, səmərəli qarşılıqlı fəaliyyətimiz,
eləcə də institutun beynəlxalq əməkdaşlıq platforması kimi yüksək
potensialı, tətbiqi və fundamental elm sahəsində kadr potensialının
gücləndirilməsi bundan sonra da Azərbaycanın elmi ictimaiyyəti üçün
əvəzsiz rol oynayacaqdır.
Möhtərəm Prezident, Sizə möhkəm cansağlığı və yeni-yeni uğurlar,
Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi
arzulayıram.
Dərin və səmimi ehtiramla Sizin,
Qriqori Trubnikov
Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru,
Rusiya Elmlər Akademiyasının akademiki”.
xxx
12:23
Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz
Yeri) rəhbəri Yevgeniya Qutsul Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Trend xəbər verir ki, məktubda deyilir:
“Möhtərəm cənab Prezident.
İcazə verin, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi
Qurumunun sakinləri adından və şəxsən öz adımdan Sizə ehtiramımı
ifadə edim və Sizin şəxsinizdə Azərbaycan xalqına Müstəqillik Günü
münasibətilə təbriklərimi çatdırım.
Müstəqillik Günü azadlığı, xoşbəxt həyatı təcəssüm etdirən
bayramdır və ölkənin hər bir vətəndaşı üçün sülhün, rifahın və
sabitliyin təminatıdır. Bu gözəl gün həmişə bizim
qiymətləndirdiyimiz azadlığın və müstəqilliyin əhəmiyyətini
xatırladır. Qoy, bu gün Azərbaycanın tarixində hər zaman sevinc,
hörmət və qürurla anılsın!
Sizə və Sizin şəxsinizdə ölkənin bütün sakinlərinə xoşbəxtlik,
sülh və tərəqqi arzulayırıq. Qəlbləriniz həmişə doğma torpağa sevgi
və işıqlı gələcəyə inamla dolsun! Hər birinizin daim ölkənizin
məğrur vətəndaşı olmasını arzu edirik.
Öz növbəmizdə, Sizi əmin edirik ki, Qaqauziya Muxtar Ərazi
Qurumunun rəhbərliyi əməkdaşlığımızın hərtərəfli inkişafına xüsusi
diqqət yetirir və biz mövcud imkanlardan istifadə edərək dostluq və
tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsinə nail
olacağıq.
Cənab Prezident, fürsətdən istifadə edərək Sizə yüksək
ehtiramımı ifadə edirəm və Azərbaycan Respublikasının daha da
inkişafı naminə ali dövləti fəaliyyətinizdə uğurlar
arzulayıram”.
xxx
12:23
GUAM-ın Baş katibi Altay Əfəndiyev Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Trend xəbər verir ki, məktubda deyilir:
“Zati-aliləri.
Müstəqillik Günü münasibətilə Sizə və Sizin şəxsinizdə
Azərbaycan xalqına Demokratiya və İqtisadi İnkişaf Naminə
Təşkilatın – GUAM-ın Katibliyi adından və şəxsən öz adımdan ən
səmimi təbriklərimizi çatdırıram.
Azərbaycan Respublikası ildən-ilə öz müstəqilliyini,
suverenliyini, regiondakı yerini möhkəmləndirir, beynəlxalq aləmdə
daha fəal rol oynayır.
Bu gün Azərbaycan regional tərəqqinin və beynəlxalq əməkdaşlığın
mühərriki olmaqla ən dinamik və inkişaf edən iqtisadiyyatlardan
biridir. Azərbaycan, həmçinin bütün dünyada sülh, təhlükəsizlik,
sabitlik, eləcə də qarşılıqlı anlaşma və tolerantlığın
tərəfdarıdır.
Sizin rəhbərliyinizlə Silahlı Qüvvələrin şanlı Qələbəsindən
sonra bu bayram ilk dəfə olaraq suveren Azərbaycan Respublikasının
bütün ərazisində qeyd edilir. İşğaldan azad edilmiş torpaqların
miqyasına və sürətinə görə misli görünməmiş şəkildə bərpası və
yenidən qurulması, abadlaşdırılması və keçmiş məcburi köçkünlərin
öz doğma yurdlarına qayıtması proqramı həyata keçirilir.
Paralel olaraq, ölkə regionda beynəlxalq hüququn norma və
prinsiplərinə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan ədalətli və
davamlı sülhün bərqərar olmasına qətiyyətlə sadiqdir. Biz
səmimi-qəlbdən inanırıq ki, sülh regionun böyük əməkdaşlıq və
tərəqqi potensialını üzə çıxararaq yeni era açacaqdır.
Azərbaycan özünü və regionu Şərqi Qərblə, Cənubu Şimalla
birləşdirən yeni münasibətlər arxitekturasının ən mühüm tərkib
hissəsi hesab edərək, cari regional layihələrin həyata keçirilməsi
və yeni layihələrin inkişaf etdirilməsi üçün səylərini
əsirgəmir.
Azərbaycanın fəal siyasəti və dünya miqyasında artan rolu da
geniş şəkildə qəbul edilir. Qoşulmama Hərəkatının aparıcı üzvü kimi
ölkə ədalətli və daha yaxşı dünyaya can atan, bir çox dövlətlərin
maraqlarını əks etdirən gündəlik irəli sürür. Azərbaycan davamlı
inkişaf üçün yaşıl gündəliyi təşviq edən və həyata keçirən aparıcı
dövlətlər sırasındadır. Bu il Azərbaycan Ümumdünya İqlim Sammitinə
– COP29-a ev sahibliyi edəcək. Ölkə zəngin ənənələrinə əsaslanaraq
mədəniyyətlərarası dialoqun, qarşılıqlı anlaşmanın, tolerantlığın
və mədəni müxtəlifliyin təşviqinə yönəlmiş mühüm qlobal
təşəbbüslərə də rəhbərlik edir.
Biz Azərbaycanın GUAM-ın təsisçi üzvü kimi dost ölkələrimiz
arasında əməkdaşlığın qurulmasında rolunu yüksək qiymətləndiririk.
GUAM-ın sülh, təhlükəsizlik və əməkdaşlığı təşviq etmək üçün nadir
və səmərəli regional platforma olduğuna qətiyyətlə inanırıq. Biz
strateji əhəmiyyəti getdikcə artan regionumuzda əməkdaşlığımızı
daha da gücləndirməyi səbirsizliklə gözləyirik.
Zati-aliləri, Sizə ölkənin daha da inkişafına, müstəqilliyinin
və suverenliyinin möhkəmlənməsinə yönəlmiş fəaliyyətinizdə uğurlar,
Azərbaycan xalqına sülh, firavanlıq və tərəqqi arzulayırıq”.
xxx
12:21
“Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının
sədri Arif Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevə təbrik məktubu ünvanlayıb.
Trend xəbər verir ki, məktubda deyilir:
“Çox hörmətli cənab Prezident.
Müstəqillik Günü münasibətilə Sizə və Sizin şəxsinizdə əziz
xalqımıza “Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai
Təşkilatının üzvləri olan soydaşlarımız adından və şəxsən öz
adımdan səmimi təbriklərimizi və xoş arzularımızı çatdırmaqdan
böyük məmnunluq və şərəf duyuram. Dövlət müstəqilliyimizin ən mühüm
hüquqi dəyərlərinin bərpası ilə bizə Zəfər sevincini bəxş
etdiyinizə, hər bir azərbaycanlıya qürur və şərəf hissləri
yaşatdığınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Fəxr edirik ki, Siz Ulu Öndərimiz Heydər Əliyevin vəsiyyətini
yerinə yetirdiniz, onilliklər boyunca davam etmiş haqsızlığa,
ədalətsizliyə, hüquqsuzluğa son qoymaqla BMT Təhlükəsizlik
Şurasının dörd qətnaməsinin tələblərini icra edərək ikili
standartları zərərsizləşdirdiniz. Sizin gördüyünüz işlər bütün Türk
dünyasında qürur hissi ilə qarşılanır.
Əziz və hörmətli Prezident, Sizə möhkəm cansağlığı, xoşbəxtlik,
işlərinizdə uğurlar arzulayırıq. Xalqın milli birliyinin,
regionumuzda sülhün təmin olunması istiqamətində faydalı
fəaliyyətinizə görə Sizə təşəkkürümüzü bildirir, ali dövləti
fəaliyyətinizdə yeni-yeni uğurlar, Azərbaycanımıza əmin-amanlıq,
tərəqqi, firavanlıq arzulayırıq.
Dərin hörmət və məhəbbətlə,
Arif Quliyev
“Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının
sədri,
hüquq elmləri doktoru, professor, Ukraynanın Əməkdar təhsil
işçisi,
Ukrayna Ali Təhsil Milli Elmlər Akademiyasının akademiki”.
xxx
09:07
Keniya Respublikasının Prezidenti Uilyam Samoi Ruto Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu
ünhvanlayıb.
Trend xəbər verir ki,
məktubda deyilir:
“Zati-aliləri.
Ölkənizin milli bayramı münasibətilə Keniya Respublikasının
hökuməti və xalqı adından, şəxsən öz adımdan Zati-alinizə və Sizin
simanızda Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram. Bu
əlamətdar gün ökənizin tarixində qürurverici hadisə kimi qeyd
olunur.
Keniya və Azərbaycan arasında bu il diplomatik münasibətlərin
qurulmasının 20-ci ildönümünün qeyd olunduğu vaxtda mən ölkələrimiz
arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərini yüksək
qiymətləndirirəm. Son iki onillikdə tərəfdaşlığımız qarşılıqlı
hörmət, əməkdaşlıq və ortaq dəyərlər əsasında inkişaf etmişdir.
İqlim fəaliyyəti, enerji keçidi, ticarət və sərmayələr, turizm
və digər sahələr daxil olmaqla, yeni istiqamətlərdə əməkdaşlığımızı
inkişaf etdirmək və tərəfdaşlığımızı genişləndirmək üçün böyük
potensialın olduğunu qeyd edirəm.
Bu əlamətdar gündə Zati-alinizə möhkəm cansağlığı, böyük
Azərbaycan xalqına isə rifah arzulayıram.
Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi
xahiş edirəm”.
xxx
09:05
Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu
ünvanlayıb.
Trend xəbər verir ki,
məktubda deyilir:
“Cənab Prezident, əziz Qardaşım.
Ölkənizin milli bayramı – 28 May – Müstəqillik Günü münasibətilə
Konqo xalqı və hökuməti adından, şəxsən öz adımdan Sizə səmimi
təbriklərimi çatdırmaqdan şərəf və məmnunluq duyuram.
Cənab Prezident, Sizə və ailənizə cansağlığı, xoşbəxtlik,
Azərbaycan xalqına firavanlıq və amin-amanlıq arzulayıram.
Bu xoş fürsətdən istifadə edərək ölkələrimiz arasında mövcud
olan dostluq, həmrəylik və əməkdaşlıq münasibətlərinin
möhkəmləndirilməsi istiqamətində Sizinlə birgə çalışmağa hazır
olduğumu bir daha bildirirəm. Ölkənizə səfərim məndə xoş
təəssüratlar yaradıb.
Sizi əlamətdar bayram münasibətilə bir daha təbrik edir, ən
yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
xxx
27.05.2024
16:02
Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu
göndərib.
Trend xəbər verir ki,
məktubda deyilir:
“Zati-aliləri.
Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan
hökumətinə və xalqına Maldiv Respublikasının hökuməti və xalqı
adından, şəxsən öz adımdan səmimi təbriklərimi və xoş arzularımı
çatdırıram.
Zati-aliləri, icazə verin, Sizə möhkəm cansağlığı və xoşbəxtlik,
həmçinin Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq
arzularımı çatdırım”.
xxx
15:28
İsveçrə Konfederasiyasının Prezidenti Viola Amherd Azərbaycan
Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik
edib.
Trend-in məlumatına görə,
təbrikdə deyilir:
“Zati-aliləri.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və
həmvətənlərinizə İsveçrə Federal Şurası və İsveçrə vətəndaşları
adından təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Bu fürsətdən
istifadə edərək ölkənizə və vətəndaşlarınıza xoşbəxt, uğurlu
gələcək arzu edirəm.
Beynəlxalq hüquqa və BMT-nin Nizamnaməsində təsbit olunmuş
ümumbəşəri prinsiplərə hörmət sülh və firavanlıq dünyasına doğru
səylərimizdə bizim ən yaxşı bələdçimiz olaraq qalır. Məmnunam ki,
ölkələrimiz arasında belə səmərəli əlaqələr davam edir.
Əminəm ki, biz gələcək illərdə həm ikitərəfli, həm də çoxtərəfli
əməkdaşlığımızı inkişaf etdirə və dərinləşdirə biləcəyik.
Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin”.
xxx
14:44
Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahim Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu
ünvanlayıb.
Trend xəbər verir ki, məktubda deyilir:
“Zati-aliləri.
Əlamətdar bayram – Azərbaycan Respublikasının müstəqilliyinin
106-cı ildönümü münasibətilə Kraliça Raca Zarit Sofia ilə birlikdə
Zati-alinizə səmimi təbriklərimizi və ən xoş arzularımızı
çatdırırıq.
Əminik ki, Malayziya ilə Azərbaycan arasında mövcud olan möhkəm
dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə
daha da inkişaf edəcəkdir.
Uca Allahdan Zati-alinizə cansağlığı, Azərbaycan Respublikasına
və onun xalqına davamlı sülh, rifah və tərəqqi arzulayırıq”.
xxx
13:55
San-Marino Respublikasının Kapitan-Regentləri Alessandro Rossi
və Milena Qasperoni Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevə təbrik məktubu ünvanlayıblar.
Trend xəbər verir ki, məktubda deyilir:
“Zati-aliləri.
Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan
xalqına San-Marino xalqı adından və öz adımızdan təbriklərimizi, ən
xoş arzularımızı çatdırırıq.
Bu əlamətdar gündə Zati-alinizə ən yüksək ehtiramımızı bildirir,
uğurlar diləyir, Azərbaycan xalqına firavanlıq və rifah dolu
gələcək arzu edirik”.
xxx
13:48
Misir-Azərbaycan Dostluq Cəmiyyəti İdarə Heyətinin üzvləri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu
ünvanlayıblar.
Trend xəbər verir ki, məktubda deyilir:
“Möhtərəm cənab Prezident.
Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi
təbriklərimizi çatdırmaqdan, Sizə möhkəm cansağlığı arzulamaqdan
böyük məmnunluq duyuruq. Doğma Azərbaycan Respublikasına və onun
xalqına Allah-Taaladan daha böyük tərəqqi və rifah diləyirik.
Misir-Azərbaycan Dostluq Cəmiyyəti Misir və Azərbaycan xalqları
arasında müxtəlif sahələrdə əlaqələrin möhkəmləndirilməsi və
əməkdaşlığın inkişaf etdirilməsi üçün maksimum səy göstərir.
Qoy Azərbaycan Respublikası Sizin müdrik və uzaqgörən
rəhbərliyinizlə daim inkişaf etsin və daha da firavanlaşsın!
Xahiş edirik, ən xoş arzularımızı və yüksək ehtiramımızı qəbul
edin.
Dərin hörmətlə,
Misir-Azərbaycan Dostluq Cəmiyyəti İdarə Heyətinin üzvləri:
Əli Cümə
Misir Ərəb Respublikası parlamentinin Dini işlər və vəqflər
komitəsinin
sədri, professor
Usamə əl-Əbd
Misir parlamentinin Dini işlər və vəqflər komitəsi sədrinin
müavini,
professor
Əl-Seyyid Mahmud əl-Şərif
Seyyidlər Həmkarlar İttifaqının sədri, Misir parlamenti sədrinin
sabiq
birinci müavini
Yusif əl-Şərqavi
Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı sabiq
səfiri
Adil Dərviş
Misir Helvan Universitetinin professoru, Misir Mədəniyyət
Mərkəzinin Azərbaycan Respublikasındakı keçmiş direktoru
Bağdadi İmam
Misir Ərəb Respublikası Ali Təhsil Nazirliyinin baş
direktoru
Tövhid Məhəmməd
müşavir, vəkil, Misir əl-Xeyir Fondunun Hüquqi İşlər üzrə
direktoru
Midhət Camal
general, Misir əl-Xeyir Fondunda “İbn əs-Səbil” layihəsinin
rəhbəri
Sabir Həsən
Ali Mədəniyyət Şurasının üzvü
Mona Zidan
Helvan Universitetinin professoru
Əhməd Əbdu Tarabek
Orta Asiya və Qafqaz məsələləri üzrə tədqiqatçı və jurnalist
Mustafa Hicazi
“Orange” şirkətinin baş direktoru
Seymur Nəsirov
Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin və
Misirdəki
Azərbaycan diasporunun sədri.
xxx
11:50
İndoneziya Respublikasının Prezidenti Coko Vidodo Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu
ünvanlayıb.
Trend xəbər verir ki, məktubda deyilir:
“Zati-aliləri.
Azərbaycan Respublikasının Müstəqillik Gününün 106-cı ildönümü
münasibətilə Zati-alinizə böyük məmnuniyyətlə İndoneziya
Respublikasının hökuməti və xalqı adından ən səmimi təbriklərimi
çatdırıram.
Bu xüsusda icazə verin İndoneziya ilə Azərbaycan arasındakı
dostluq münasibətlərinə görə Sizə səmimi təşəkkürümü bildirim. Əldə
edilən nailiyyətlər dövlətinizin uğurlu siyasətinin təsdiqidir.
İnanıram ki, xalqlarımızın qarşılıqlı olaraq bir-birinə təklif
edəcəyi çox məsələlər var və əməkdaşlığımızın ölkələrimiz üçün
əhəmiyyətli faydalar hasil edəcəyinə əminəm.
Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə bir daha dərin
ehtiramımı ifadə edirəm”.
xxx
11:44
Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor
Babuşkin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik
məktubu ünvanlayıb.
Trend xəbər verir ki, məktubda deyilir:
“Möhtərəm İlham Heydər oğlu.
İcazə verin Sizə öz ehtiramımı bildirim və Zati-alinizi
Müstəqillik Günü münasibətilə təbrik edim.
Bu əlamətdar gündə Sizə və Azərbaycan Respublikasının bütün
vətəndaşlarına möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və doğma
ölkənizin inkişafı naminə səmərəli fəaliyyətinizdə yeni-yeni
uğurlar arzulayıram.
Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında uzun
illər ərzində davamlı strateji tərəfdaşlıq xarakteri almış
çoxplanlı qarşılıqlı fəaliyyətin inkişafına göstərdiyiniz
hərtərəfli dəstəyə və şəxsi töhfənizə görə Sizə təşəkkürümü
bildirirəm. Əminəm ki, gələcəkdə də birgə səylərlə qarşılıqlı
hörmətə və etibarlı əməkdaşlığa əsaslanan ənənələri fəal şəkildə
möhkəmləndirəcəyik”.
xxx
25.05.2024
12:04
Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin
sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham
Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.
Trend-in məlumatına görə,
təbrikdə deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Sizi və qardaş Azərbaycan xalqını milli bayramınız – Müstəqillik
Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Hazırda Azərbaycan malik olduğu böyük potensialdan bəhrələnərək
müxtəlif istiqamətlər üzrə sürətlə inkişaf edir. Ölkənin bütün
dünyada getdikcə artan nüfuzu bunun sübutudur.
Türkmənistanda Azərbaycan Respublikası ilə çoxtərəfli əlaqələrin
möhkəmləndirilməsinə böyük əhəmiyyət veririk. Əminəm ki,
xalqlarımızın dostluğu və qardaşlığı gələcəkdə də
Türkmənistan-Azərbaycan məhsuldar münasibətlərinin
təkmilləşdirilməsinə kömək edəcəkdir.
Bu fürsətdən istifadə edərək Sizə səmimi-qəlbdən möhkəm
cansağlığı, xoşbəxtlik və ali dövləti vəzifənizdə yeni-yeni
uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və
tərəqqi arzulayıram”.
xxx
12:00
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti
Qəri Counz Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü
münasibətilə təbrik edib.
Trend-in məlumatına görə,
təbrikdə deyilir:
“Hörmətli cənab Prezident.
Sizi və bütün Azərbaycan xalqını milli bayramınız – Müstəqillik
Günü münasibətilə ürəkdən təbrik edirəm.
Biz 30 ildən artıqdır ki, Azərbaycanın dünya səviyyəli
layihələrini təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata
keçirməklə ölkənin enerji sektorunun bir hissəsi olmaqdan böyük
qürur duyuruq.
BP şirkəti Azərbaycanla səmərəli əməkdaşlığın davamlı olaraq
genişləndirilməsinə böyük əhəmiyyət verir və bu tərəfdaşlığın daha
da möhkəmlənməsinə ümid edir.
Zati-aliləri, Sizi bu əlamətdar bayram münasibətilə bir daha
təbrik edirəm. Sizə cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə
daimi rifah və inkişaf arzulayıram”.
xxx
11:58
Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri Bakıtcan
Saqintayev Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü
münasibətilə təbrik edib.
Trend-in məlumatına görə,
təbrikdə deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi
təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
Respublikanın müstəqillik illərində dövlət quruculuğu, davamlı
sosial-iqtisadi inkişaf və əhalinin həyat səviyyəsinin
yaxşılaşdırılması istiqamətində nailiyyətlərini, həmçinin onun
yüksək beynəlxalq nüfuzunu bu gün qeyd etmək xüsusilə xoşdur.
İcazə verin, Sizə möhkəm cansağlığı və əmin-amanlıq, Azərbaycan
Respublikasına isə tərəqqi arzulayım”.
xxx
11:56
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin
Baş katibi Asəf Hacıyev Azərbaycan Prezidenti İlham Əliyevi
Müstəqillik Günü münasibətilə təbrik edib.
Trend-in məlumatına görə,
təbrikdə deyilir:
“Möhtərəm cənab Prezident.
Sizi 28 May – Müstəqillik Günü münasibətilə ürəkdən təbrik
edirəm.
Artıq bir neçə ildir ki, Azərbaycan xalqı Müstəqillik Gününü
qalib xalq kimi qeyd edir. Sizin rəhbərliyinizlə ölkəmizin ərazi
bütövlüyü və suverenliyi bərpa edildi, doğma yurdlarından didərgin
düşmüş ailələr bu gün Qarabağa – Şuşaya, Laçına, Füzuliyə və digər
şəhərlərə qayıdırlar.
Sizin rəhbərliyinizlə hazırda ölkəmizdə böyük bərpa işləri
həyata keçirilir, Qarabağa onun əvəzsiz gözəlliyi və mənəvi həyatı
qaytarılır.
Azərbaycan beynəlxalq aləmdə özünə layiq yer tutur və COP29 kimi
nüfuzlu konfransın 2024-cü ildə Bakıda keçirilməsi barədə qərar
bunu təsdiq edir.
Cənab Prezident, Sizə möhkəm cansağlığı, işlərinizdə böyük
uğurlar arzulayıram”.
xxx
11:52
İraqın Ali İslam Şurasının prezidenti Humam Hammudi Azərbaycan
Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik
edib.
Trend-in məlumatına görə,
təbrikdə deyilir:
“Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Hörmətli cənab Prezident.
Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizə ən səmimi
təbriklərimizi çatdırmaqdan məmnunluq duyur, Azərbaycan
Respublikasına və xalqınıza davamlı tərəqqi, yüksəliş və rifah arzu
edirik.
Bu xoş fürsətdən istifadə edərək ölkələrimiz və xalqlarımız
arasında ikitərəfli əlaqələrin sülh, təhlükəsizlik, sabitlik və
firavanlıq zəminində gücləndirilməsi əzmində olduğumuzu
bildiririk”.
xxx
11:48
Koreya Prezidenti Yun Sok Yol Azərbaycan Prezidenti İlham
Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.
Trend-in məlumatına görə,
təbrikdə deyilir:
“Zati-aliləri.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və
xalqınıza ən səmimi təbriklərimi çatdırıram.
Ötən illər ərzində ölkələrimiz arasında güclü əməkdaşlıq və
tərəfdaşlıq münasibətləri qurulmuşdur. Bu münasibətlərin inkişaf
edərək xalqlarımız arasında dostluq əlaqələrini daha da
gücləndirəcəyinə ümidvaram.
Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan Respublikasına daimi
rifah arzu edirəm”.
xxx
11:48
Xorvatiya Prezidenti Zoran Milanoviç Müstəqillik Günü
münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
Trend-in məlumatına görə,
təbrikdə deyilir:
“Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü
münasibətilə Xorvatiya Respublikasının vətəndaşları adından və
şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi, xalqınıza tərəqqi və
firavanlıq arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Xorvatiya ilə Azərbaycanı çoxillik sıx əməkdaşlıq və dostluq
əlaqələri bağlayır. İnanıram ki, biz qarşıdakı dövrdə ümumi
əlaqələrimizi inkişaf etdirmək istiqamətində çalışmağa davam
edəcəyik.
Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş
edirəm”.
xxx
11:42
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi
Prezident İlham Əliyevi təbrik edib.
Trend xəbər verir ki,
təbrikdə deyilir:
“Hörmətli Prezident.
Azərbaycanın Müstəqillik Gününün ildönümünün qeyd olunması
münasibətilə Zati-alinizə və dost Azərbaycan xalqına səmimi
təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyur, ölkənizə tərəqqi
və firavanlıq arzulayıram.
Ölkələrimizi möhkəm dostluq və əməkdaşlıq əlaqələri birləşdirir.
Ümidvaram ki, dost ölkələrimiz arasında dinamik inkişaf edən
münasibətlər xalqlarımızın ümumi maraqları naminə birgə
fəaliyyətimiz və səmərəli əlaqələrimiz sayəsində bundan sonra da
ardıcıl şəkildə möhkəmlənməyə davam edəcəkdir.
Hörmətli cənab Prezident, Sizə olan ən yüksək ehtiramımla
yanaşı, səmimi salamlarımı, möhkəm cansağlığı, xoşbəxtlik və dost
Azərbaycan xalqının davamlı rifahı, tərəqqisi ilə bağlı ən xoş
arzularımı da qəbul etməyinizi xahiş edirəm”.
xxx
11:02
Portuqaliya Respublikasının Prezidenti Marselo Rebelo de Souza
Prezident İlham Əliyevi 28 May Müstəqillik günü münasibətilə təbrik
edib.
Trend-in xəbərinə görə,
təbrikdə deyilir:
“Möhtərəm cənab Prezident.
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü
münasibətilə Zati-alinizə təbriklərimi çatdırıram.
Sizə cansağlığı, Azərbaycan xalqına isə tərəqqi və rifah
arzulayıram”.
xxx
11:00
Çex Respublikasının Prezidenti Petr Pavel Prezident İlham
Əliyevi təbrik edib.
Trend xəbər verir ki,
təbrikdə deyilir:
“Zati-aliləri.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və
ölkənizin xalqına ən səmimi təbriklərimi çatdırıram.
Çex Respublikası Azərbaycan Respublikası ilə qarşılıqlı
əlaqələrin səviyyəsini yüksək qiymətləndirir. Əminəm ki,
ölkələrimiz arasında mövcud əməkdaşlıq bundan sonra da uğurla
inkişaf edəcəkdir.
Zati-aliləri, Sizə möhkəm cansağlığı və uğurlar
arzulayıram”.
xxx
10:58
Niderlandın Kralı Villem-Aleksandr Prezident İlham Əliyevi 28
May Müstəqillik günü münasibətilə təbrik edib.
Trend-in xəbərinə görə,
təbrikdə deyilir:
“Möhtərəm cənab Prezident.
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə
Zati-alinizə səmimi təbriklərimi bildirir və Azərbaycan xalqına
firavanlıq arzu edirəm”.
xxx
10:56
Belçikalıların Kralı Filip Prezident İlham Əliyevə təbrik
məktubu göndərib.
Trend xəbər verir ki,
mətkubda deyilir:
“Zati-aliləri.
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü
münasibətilə Sizə və Azərbaycan xalqına təbriklərimi, cansağlığı,
əmin-amanlıq arzularımı çatdırıram”.





























