Bakı. Trend:
Abşeronda yaşayış binasında yanğın olub.
Trend xəbər verir ki, bu
barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Nazirliyin “112” qaynar telefon xəttinə Abşeron rayonunun
Məmmədli kəndində çoxmərtəbəli yaşayış binasında mənzildə yanğın
olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin
və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri
çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.

























