Advertisement

Şimali Koreya Yapon dənizinə doğru bir neçə ballistik raket buraxıb

Bakı. Trend:

Şimali Koreya Yapon dənizinə doğru 10-a yaxın ballistik raket
atıb.

Trend xəbər verir ki, bu barədə Yonhap agentliyi Koreya
Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə
istinadla məlumat yayıb.

Məlumata görə, ballistik raketlər təxminən yerli vaxtla saat
06:14-də (Bakı vaxtı ilə 01:14) buraxılıb.

Uçuş məsafəsi haqqında məlumat verilmir.