Bakı. Trend:
Avropa İttifaqı (Aİ) üçüncü ölkələrlə müdafiə sazişləri
şəbəkəsini yaratmaq niyyətindədir və bütün maraqlı tərəfləri bu
sazişə qoşulmağa çağırır.
Trend xəbər verir ki, bu barədə Brüsseldə Aİ-nin xarici siyasət
xidmətinin rəhbəri Jozep Borrel təhlükəsizlik məsələlərinə həsr
olunmuş forumun açılışı zamanı bildirib.
“Təhdidlərin sayı artır. Biz yeni müdafiə və təhlükəsizlik
tərəfdaşlığı yaratmaqla əməkdaşlıq sistemimizi genişləndirməliyik.
Mən indicə iki dövlətlə – Moldova və Norveçlə yeni saziş imzaladım.
Daha altı sazişin hazırlanması prosesi gedir. Biz bütün dünya üzrə
müdafiə tərəfdaşlığı şəbəkəsi yaratmaq istəyirik, buna görə də
bizimlə müdafiə əməkdaşlığını inkişaf etdirmək istəyən hər bir kəsi
bu proqrama qoşulmağa dəvət edirəm”, – deyə J.Borrel bildirib.





























