
Bakı. Trend:
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Hikmət Hacıyev mina qurbanlarının son sayını açıqlayıb.
Trend xəbər verir ki, Prezidentin köməkçisi “X” sosial
şəbəkəsindəki hesabında zərərçəkmişlərin sayını özündə əks etdirən
şəkil yayımlayıb:
“Azərbaycanda mina qurbanları artmaqda davam edir. Əsas
qurbanlar günahsız mülki şəxslər və istehkamçılardır. Ermənistan
əvvəllər işğal olunmuş Azərbaycan torpaqlarına milyonlarla mina
yerləşdirib”.
Qeyd edək ki, bu gün Zəngilanda minalarla mübarizə üzrə
beynəlxalq konfrans keçiriləcək.





























