
Bakı. Trend:
Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikası Müdafiə
Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti mayın 30-da
İzmir şəhərində “EFES – 2024” çoxmillətli təliminin “Yüksək
Səviyyəli Müşahidəçi Günü”ndə iştirak edib.
Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, “Yüksək Səviyyəli
Müşahidəçi Günü”ndə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb
Tayyib Ərdoğan və milli müdafiə naziri cənab Yaşar Güler çıxış
edib.
Nümayəndələr Türkiyə Respublikası Müdafiə Sənayesi Komitəsinin
sərgisi ilə tanış olduqdan sonra “Türk Ulduzları”nın nümunəvi
uçuşlarını və paraşüt atlayışlarını izləyiblər.
Sonra 49 ölkədən ümumilikdə 1567 nəfərdən ibarət şəxsi heyətin
iştirak etdiyi “EFES – 2024” çoxmillətli təlimində mükafatlandırma
mərasimi keçirilib.
Sonda təntənəli konsert proqramı təqdim edilib.





























