Bakı. Trend:
Azərbaycanda gələn ayın sonunadək innovasiyalar və dövlət
satınalmaları sahəsində dəyişikliklər üzrə təkliflər
hazırlanacaq.
Trend xəbər
verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar
Nəzarəti və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis
müavini Cəfər Babayev Biznes mühiti və beynəlxalq reytinqlər üzrə
Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət işçi qrupunun
iclasında deyib.
“İyunun sonunadək Azərbaycanda innovasiyalar və dövlət
satınalmaları ilə bağlı dəyişikliklər üzrə təkliflərin hazırlanması
planlaşdırır. Bu təkliflər daha sonra Milli Məclisə təqdim
olunacaq. Əsas məqsəd müqavilələrin şəffaflığını təmin etmək və
şirkətləri innovasiya proseslərinə cəlb etməkdir”, – o deyib.
Xəbər yenilənəcək
(Tərcümə: Rəna Əbdürəhmanova)


























