
Bakı. Trend:
Bu gün (30 may) İran parlamentində deputatlar arasında dava
düşüb.
Bu barədə Trend İran KİV-ə istinadən məlumat verir.
Məlumata görə, bu gün İran parlamentində yeni seçilən Qulamrza
Tacgərdunun deputat mandatlığının yoxlanılması ilə əlaqədar
keçirlən iclasda Reza Təqipur və Mehrdad Qudərzvənd arasında dava
düşüb və bir neçə dəqiqə parlamentdə qalmaqal yaşanıb.
Bu gün parlamentdə baş verən qalmaqaldan sonra Malik Şəriəti və
Qulamrza Tacgərdunun deputatlıq mandatı təsdiqlənib.
Qeyd edək ki, ötən gün deputat Malik Şəriətinin başçılığı ilə
bir qrup deputat İran parlamentinin rəyasət heyətinə Qulamrza
Tacgərdunun deputatlıq mandatının təsdiqlənməsinə etiraz edib.
Xatırladaq ki, 21 fevralda İranda sayca 11-ci parlament
seçkiləri keçirilib. Yeni seçilən parlament deputatlarının ilk
iclası 28 mayda baş tutub.





























