
Bakı. Trend:
İlon Maskın “SpaceX” şirkəti ABŞ kəşfiyyatı ilə gizli müqavilə
çərçivəsində yüzlərlə casus peykdən ibarət şəbəkə qurur.
Trend-in
məlumatına görə, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən
bildirib.
Məlumata əsasən, şirkətin 2021-ci ildə (Pentaqon yanında) ABŞ
Milli Aerokosmik Kəşfiyyat Agentliyi ilə imzaladığı 1,8 milyard
dollarlıq müqaviləyə əsasən, şəbəkənin yaradılmasına “Starshield”
bölməsi cavabdehdir.
Qeyd olunub ki, ABŞ Müdafiə Nazirliyi quru qoşunlarını
dəstəkləmək üçün nəzərdə tutulmuş aşağı orbitli peyk sistemlərinə
əhəmiyyətli investisiya yatırıb.





























