Advertisement

Aprel ayında Türkiyənin xarici ticarət dövriyyəsi 50 milyard dollara çatıb

Bakı. Trend:

Bu ilin aprel ayında Türkiyənin xarici ticarət dövriyyəsi 48
milyard 371 milyon dollara çatıb.

Trend xəbər verir ki, bu
barədə TurkicWorld-ə Türkiyənin Ticarət Nazirliyindən
bildiriblər.

Nazirlikdən qeyd olunub ki, 2024-cü ilin aprel ayında Türkiyənin
ixracatı 2023-ci ilin eyni ayı ilə müqayisədə 0,1 faiz artaraq 19
milyard 254 milyon dollar, idxalı isə 4 faiz artaraq 29 milyard 117
milyon dollar olub.

“Bu ilin yanvar-aprel ayında Türkiyənin xarici ticarət
dövriyyəsi 195 milyard 920 milyon dollara çatıb” –deyə nazirlikdən
bildirilib.

Nazirlikdən qeyd olunub ki, 2024-cü ilin yanvar-aprel ayında
Türkiyənin ixracatı 2023-ci ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz
artaraq 82 milyard 839 milyon dollara, idxalı isə 9 faiz azalaraq
113 milyard 81 milyon dollara çatıb.

Qeyd edək ki, keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 617
milyard 551 milyon dollara çatıb.

2023-cü ildə Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü ilə
müqayisədə 0,6 faiz artaraq 255 milyard 777 milyon, idxalı isə 0,5
faiz azalaraq 361 milyard 774 milyon dollar olub.