
Bakı. Trend:
Humanitar yardımının ikinci partiyası dəniz yolu ilə Kiprdən
Qəzza zolağına göndərilməyə hazırdır.
Trend-in
məlumatına görə, bu barədə Kipr prezident Nikos Xristodulidis
bildirib.
“Birinci gəmi Kiprdən geri qayıtmağa başlayıb, biz artlq ikinci
gəmini göndərməyə hazırıq”, – deyə o qeyd edib.
Məlumata əsasən, 240 ton humanitar yardım daşıyan ikinci gəmi
Larnaka limanında yola düşməyi gözləyir. Qəzza zolağına humanitar
yardım göndərən “World Central Kitchen” qeyri-kommersiya təşkilatı
bildirib ki, yeni göndərişdə konservləşdirilmiş məhsullar və
gündəlik mallar var.





























