Advertisement

Türkiyədə bu şəxslərə TikTok qadağan edilib

Bakı. Trend:

Türkiyə hərbçilərinə TikTok sosial şəbəkəsindən istifadə qadağan
edilib.

Trend bu barədə türk
KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, TikTok-a qadağa parlamentin Milli Müdafiə
Komissiyasının təsdiq etdiyi Türkiyə silahlı qüvvələrinin üzvləri
ilə bağlı bir sıra qanunlara dəyişiklik edilməsini nəzərdə tutan
qanun layihəsində yer alıb.

Qeyd edilir ki, əsgərlər kazarma və əməliyyat bölgələrindən bəzi
görüntüləri sosial mediada paylaşaraq təhlükəsizlik riskini gündəmə
gətirib. İş yerlərində mobil telefondan istifadənin ciddi
təhlükəsizlik problemləri yaratdığı diqqətə çatdırılıb.