Advertisement

Fransa tezliklə Ukraynaya hərbi təlimçilər göndərə bilər – KİV

Bakı. Trend:

Fransa yaxın zamada Ukraynaya hərbi təlimçilər göndərə
bilər.

Trend xəbər
verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, bununla bağlı razılaşmalarda artıq güclü
irəliləyiş əldə olunub.

Fransanın başlanğıc mərhələdə Ukraynaya məhdud sayda təlimçi
göndərəcəyi, daha sonra isə yüzlərlə mütəxəssis göndərməyi
planlaşdırdığı bildirilir.

Mənbələr qeyd edib ki, missiya Aİ və ya NATO-nun himayəsi
altında fəaliyyət göstərməyəcək. Təlim minatəmizləmə üsullarının
işlənib hazırlanması, texnikanın işlək vəziyyətdə saxlanması, eləcə
də Qərbin Kiyevə göndərdiyi hərbi təyyarələr üçün texniki
ekspertiza bacarıqlarının formalaşdırılmasına yönəldiləcək. Bundan
əlavə, Parisin Ukraynanın motoatıcı briqadasını maliyyə və
avadanlıqla təmin edəcəyi, onun üçün təlim keçəcəyi qeyd
olunub.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun