Advertisement

Blinken və Çexiya hökumətinin üzvləri Ukraynaya yardımı müzakirə ediblər

Bakı. Trend:

ABŞ dövlət katibi Antoni Blinken Çexiya hökumətinin nazirləri
ilə Ukraynaya yardımı müzakirə edib.

Trend-in
məlumatına görə, bu barədə “Idnes” xəbər portalı bildirib.

Məlumata əsasən, A.Blinken NATO xarici işlər nazirlərinin
qeyri-rəsmi görüşündə iştirak etmək üçün Praqaya gəlib.

Bildirilib ki, dövlət katibi respublikanın müdafiə naziri Yana
Çernoxova ilə də görüşüb. Görüş hərbi texnikanın təqdim olunduğu
Kbeli aerodromunda baş tutub. Tərəflər Kiyevə silah və sursat
tədarükü vasitəsilə hərtərəfli dəstəyin davam etdirilməsinin
tərəfdarı olduqlarını bildiriblər.

Qeyd olunub ki, A.Blinken Çexiyanın Ukrayna Silahlı Qüvvələrinə
artilleriya mərmiləri göndərmək təşəbbüsünü yüksək qiymətləndirib,
ilk on minlərlə mərmi iyunda Ukraynaya çatmalıdır.