Bakı. Trend:
Nyu-Yorkda münsiflər heyəti ABŞ-ın sabiq prezidenti Donald
Trampı sənədləri saxtalaşdırmaqda təqsirli bilib.
Trend-in
məlumatına görə, bu barədə Amerika KİV-ləri xəbər verib.
Məlumata əsasəb, münsiflər heyəti D.Trampı bütün 34 maddə üzrə
təqsirli bilib. İndi məhkəmə ABŞ-ın keçmiş prezidentinin cəzasını
müəyyən etməlidir.
Bu həftənin əvvəlində Nyu-Yorkda 12 nəfərlik münsiflər heyəti
D.Trampın cinayət işini müzakirə etməyə başladı. Amerikanın 45-ci
prezidentinin işi üzrə dinləmələr bu ilin aprelində başlayıb.
Bu, ABŞ tarixində ilk dəfədir ki, keçmiş dövlət başçısı cinayət
işi üzrə məhkəmə qarşısına çıxarılır.





























