Advertisement

Avstraliya Ukrayna üçün 13 milyon dollardan çox vəsait ayıracaq

Bakı. Trend:

Avstraliya enerji və ilkin tələbat mallarının alınması üçün
Ukraynaya 20 milyon dollardan çox pul göndərəcək.

Trend-in
məlumatına görə, bu barədə Avstraliya xarici işlər naziri Penni
Vonq deyib.

“Avstraliya hökuməti Ukraynada enerji və humanitar problemlərin
həlli üçün daha 31 milyon Avstraliya dolları (20,5 milyon dollar)
ayıracaq”, – deyə bildirilib.

Nazir qeyd edib ki, vəsait prioritet enerji ehtiyaclarını
ödəməyə və Ukrayna xalqını dəstəkləməyə yönəldiləcək.

Onun sözlərinə görə, 20 milyon Avstraliya dolları (13,3 milyon
dollar) ukraynalıları istilik və elektrik enerjisi ilə təmin etmək
üçün nəzərdə tutulub. BMT-nin Humanitar İşlər üzrə Koordinasiya
Ofisinə ayrılan 10 milyon Avstraliya dolları (6,6 milyon dollar)
qadınlar, uşaqlar, qocalar və əlillər üçün zəruri ləvazimatların
alınmasına yönəldiləcək.