Advertisement

Almatıda KTMT-yə üzv ölkələrin müdafiə nazirlərinin iclası Ermənistanın iştirakı olmadan keçirilir

Bakı. Trend:

Qazaxıstanın Almatı şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatına (KTMT) üzv ölkələrin müdafiə nazirlərinin iclası
başlayıb, Ermənistan iclasda iştirak etmir.

Trend xəbər
verir ki, bu barədə KTMT katibliyinin nümayəndəsi Yuri Şuvalov TASS
agentliyinə bildirib.

KTMT nümayəndəsinin sözlərinə görə, İrəvan iclasda təmsil
olunmasa da, Almatıda məhdud formada qərar qəbul olunmasına etiraz
etmir.

Qeyd edək ki, iclas iştirakçıları KTMT-nin kollektiv
təhlükəsizlik regionlarındakı çağırışları və hərbi təhlükəsizlik
üçün təhdidləri, eləcə də, təşkilatın hərbi komponentlərinin
inkişaf məsələlərini müzakirə edəcəklər.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun