Advertisement

AZTAF-ın dörd istiqaməti yekunlaşmaq üzrədir – Dünya Bankı

Bakı. Trend:

Azərbaycan üçün Çevik Texniki Yardım Aləti üzrə İnzibati
Müqavilənin (AZTAF) dörd istiqaməti yekunlaşmaq üzrədir.

Trend xəbər verir ki, bu barədə Dünya Bankının Azərbaycandakı
ofisinin ölkə meneceri Stefanie Stallmeister Avropa İttifaqı (Aİ)
tərəfindən maliyyələşdirilən və Dünya Bankı tərəfindən idarə olunan
AZTAF üzrə ikinci illik hesabat iclasında deyib.

“AZTAF Aİ tərəfindən maliyyələşdirilən və Dünya Bankı tərəfindən
həyata keçirilən texniki yardım proqramıdır. Proqram əsas tərəfdaş
kimi Azərbaycan hökuməti və İqtisadiyyat Nazirliyinin sıx
əməkdaşlığı ilə, eləcə də, digər dövlət qurumları ilə
məsləhətləşmələr əsasında yaradılıb. AZTAF Azərbaycanın
2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında
müəyyən edilmiş milli inkişafın əsas məqsəd və prioritetlərini
dəstəkləməyə yönəlib”, – o deyib.

Stallmeister qeyd edib ki, AZTAF-ın texniki yardımın
göstərilməsi üzrə fəaliyyəti birbaşa olaraq bu strategiyanın
tədbirlərinin və əsas istiqamətlərinin icrasını dəstəkləyir

“Proqram enerji səmərəliliyindən qadın sahibkarlığına və
“ağıllı” kəndlərə qədər, bütünlükdə doqquz sahəni əhatə edən geniş
spektrli mövzuları əhatə edir. Sevindirici haldır ki, bu gün
haqqında daha ətraflı məlumat əldə edəcəyimiz doqquz sahənin hamısı
inkişaf məqsədlərinə nail olmaq istiqamətində fəal şəkildə təşviq
olunur, üstəlik bu tədbirlərdən dördü artıq yekunlaşmaq üzrədir”, –
deyə o əlavə edib.

Qeyd edək ki, AZTAF proqramı “Azərbaycan 2030: Sosial-iqtisadi
inkişafın milli prioritetləri”nin inkişaf məqsədlərinə nail
olunmasında Azərbaycan hökumətinə dəstək məqsədilə işə salınıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun