Bakı. Trend:
Pentaqon rəhbəri LLoyd Ostin və Çinin milli müdafiə naziri Donq
Jun arasında görüş keçirilir.
Trend bu
barədə xarici KİV-ə istinadən xəbər verir.
İki ölkənin müdafiə nazirinin görüşü Şanqri-La Təhlükəsizlik
Dialoqu çərçivəsində keçirilir.
Qeyd edək ki, bu, ABŞ və Çinin müdafiə nazirləri arasında
2022-ci ildən etibarən keçirilən ilk təkbətək görüşdür.





























