Bakı. Trend:
İyunun 7-də Baş prokuror Ağsuda vətəndaşları qəbul edəcək.
Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata
görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun
olaraq Baş prokuror Kamran Əliyev cari il iyunun 7-də, saat
10:00-da Ağsu rayon prokurorluğunun inzibati binasında Ağsu, Şamaxı
və Qobustan rayon sakinlərinin qəbulunu keçirəcək.
Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Ağsu rayonuna
gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata
keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər)
prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş
Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin
(012) 361-14-07 nömrəli telefonu, [email protected]
elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki
səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla
bilərlər.





























