Bakı. Trend:
Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı fəaliyyəti
ilə məşğul olmaya görə cərimə müəyyənləşir.
Trend-in xəbərinə görə, bu barədə məsələ Milli Məclisin bu gün
keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə
təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, “Tütün və tütün məmulatları haqqında”
qanunda nəzərdə tutulmuş qaydada qeydiyyata alınmadan tütün
məmulatlarının istehsalı fəaliyyəti ilə məşğul olmaya görə vəzifəli
şəxslər 5000 manatdan 7000 manatadək, hüquqi şəxslər 10000 manatdan
12000 manatadək məbləğdə cərimə ediləcəklər.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü
oxunuşda qəbul edilib.





























