Bakı. Trend:
Portuqaliyalı tanınmış mütəxəssis Joze Mourinyo Türkiyənin
“Fənərbağça” komandasının baş məşqçisi postuna təyin olunacaq.
Trend xəbər verir ki, bu barədə italiyalı insayder Canluka di
Marzio məlumat verib.
Onun sözlərinə görə, Mourinyo İstanbul nəhəngi ilə 2 illik
müqavilə imzalayacaq.
Qeyd edək ki, portuqaliyalı mütəxəssisin son iş yeri bu ilin
yanvarında yollarını ayırdığı İtaliyanın “Roma” komandası olub.





























