
Bakı. Trend:
Slovakiyanın Baş naziri Robert Fitso sui-qəsd cəhdindən sonra
müalicə aldığı xəstəxanadan buraxılıb.
Trend xəbər verir ki, bu barədə Ruzvelt xəstəxanasının yaydığı
press-relizdə deyilir.
Məlumata görə, həkimlər Baş nazirin səhhətinə evdə nəzarət
edirlər.
Qeyd edək ki, mayın 15-də hökumətin səyyar iclasının keçirildiyi
Handlovo şəhərində 71 yaşlı Yuraj Sintula küçədə Fitsoya bir neçə
dəfə atəş açıb. Yaralanan Baş nazir Ruzvelt xəstəxanasına aparılıb
və orada iki əməliyyat keçirib.
Dindirilmə zamanı Sintula hücumu hökumətin siyasətini
bəyənməməsi ilə izah edib. O, prezident seçkilərinin
nəticələrindən, həmçinin, ölkə hakimiyyətinin Ukraynaya silah
tədarükü ilə bağlı mövqeyindən narazı qaldığını bildirib.
Baş nazirə atəş açan şəxs adam öldürməyə cəhddə ittiham olunur.
İstintaq bağlı qapılar arxasında aparılacaq.





























