Advertisement

“PAŞA Bank” Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr edilmiş layihəyə start verdi

Bakı. Trend:

“PAŞA Bank” Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr edilmiş
layihəyə start verib.

Belə ki, Bank Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin “Bilim Bakı” mərkəzi və Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin nəzdindəki Sosial Xidmətlər Agentliyi ilə 1
İyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr edilmiş birgə
layihə həyata keçirib.

Açılışı 30 mayda baş tutan və 3 gün davam edəcək layihə
çərçivəsində, 6-14 yaşlı valideyn himayəsindən məhrum olmuş 143
şagirdə təlim keçiləcək. Təlim zamanı, şagirdlərə 6 istiqamət –
riyaziyyat, sahibkarlıq, texnologiya, dizayn, təbiət elmləri və
astronomiya sahələri üzrə təməl bilik və bacarıqlar interaktiv və
tətbiqi dərs üsulu vasitəsilə çatdırılacaq. Həmçinin, mərkəzdə
dəsrlərin hədəflənən keyfiyyətdə keçirilməsi üçün bütün lazımi
şəraitlə təmin olunmuş “Deneyap” laboratoriyasında şagirdlərə
robotexnika sahəsi üzrə ilkin bilik və bacarıqlar öyrədiləcək.

Qeyd edək ki, “PAŞA Bank”ın Korporativ Sosial Məsuliyyət
strategiyası çərçivəsində bu növ təşəbbüslərin həyata keçirilməsini
gələcəkdə də davam etdirmək niyyətindədir.