
Bakı. Trend:
Dünya Bankı Azərbaycanla karbon qazı emissiyalarına kvotaların
monetizasiya imkanlarını müzakirə etməyi planlaşdırır.
Trend xəbər verir ki, bunu Dünya Bankının energetika üzrə
mütəxəssisi Florian Kitt Avropa İttifaqı (Aİ) tərəfindən
maliyyələşdirilən və Dünya Bankı (DB) tərəfindən idarə olunan
Azərbaycan Sürətli Texniki Yardım Proqramının (AZTAF) ikinci illik
hesabat iclası zamanı deyib.
“Əvvəlcə qeyd etdiyim kimi, karbon və iqlim maliyyəsi enerji
keçidini daha əlverişli etmək üçün əsas olacaq. Biz bu yaxınlarda
bütün dünyada karbon və iqlim maliyyəsi mənzərəsinə baxmaq üçün ilk
seminarımızı keçirdik. Etiraf etmək lazımdır ki, bu sahədə dərindən
işləməsəniz, bu mənzərə bəzən olduqca çaşqınlıq yarada bilər”, –
deyə o qeyd edib.
Onun szölərinə görə, karbon vergiləri və karbon bazarları kimi
bir neçə alət var.
“Biz hökumətlə birlikdə Azərbaycan üçün optimal həll yolunu
tapmağa çalışırıq. Məqsədimiz sadəcə başqalarının təcrübəsini
kopyalamaq deyil, ölkə və onun iqtisadiyyatı üçün təsirli olacaq
bir yanaşma hazırlamaqdır. Bir qiqavatlıq külək və günəş elektrik
stansiyalarının qoşulmasını nəzərdə tutan Azure adlı enerji
ötürülməsi layihəsinin hazırlanması çərçivəsində biz hökumətlə
karbon qazı emissiyalarına ehtiyatların pula çevrilməsi imkanlarını
müzakirə etməyi planlaşdırırıq.
Eyni zamanda, layihənin uğurla həyata keçirilməsini təmin etmək
üçün Azərbaycanın mövcud qanunvericiliyini nəzərə alacağıq”, – deyə
o əlavə edib.



























