
Bakı. Trend:
Azərbaycanın ən böyük IKT şirkəti olan Azerconnect Group
beynəlxalq audit şirkəti “Deloitte” tərəfindən təsis olunmuş “Best
Managed Companies” müsabiqəsinin qalibi elan edildi.
Azerconnect Group-un fəaliyyəti uğurlu stategiya,
innovasiyaların tətbiqi, effektiv idarəetmə modeli, səmərəlilik,
korporativ mədəniyyət və digər göstəricilər üzrə geniş təhlil
edilərək qalib elan edildi. Qeyd edək ki,
Best Managed Companies mükafatı dünyanın ən böyük audit şirkəti
olan “Deloitte” tərəfindən təsis edilib və hər il ölkənin özəl
sektorunda fəaliyyət göstərən şirkətləri qiymətləndirir.
2013-cü ildən fəaliyyətə başlayan Azerconnect Group Mobil,
İnternet, Beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media /
Tv kimi rəqəmsal xidmətlər təqdim edir. 3 mindən çox əməkdaşı olan
Azerconnect Group 2023 və 2024-cü illərdə iş şəraiti və insan
resursları göstəricilərini qlobal meyarlar üzrə dəyərləndirən “Top
Employers Institute” tərəfindən “Ən Yaxşı İşəgötürən” sertifikatına
layiq görülmüşdür.
Azerconnect Group ölkəmizin dinamik şəkildə inkişaf edən
İKT və yüksək texnologiyalar sahələrində xidmətlər göstərən
şirkətdir. Azerconnect Group müxtəlif ölkələrdə enerji,
telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində
fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun
tərkibinə daxildir.



























