Bakı. Trend:
İdmançı Kamil Zeynallıya və başqalarına qarşı dələduzluq etməkdə
təqsirləndirilən Emil Ağayevin cinayət işi üzrə məhkəmə prosesi
yekunlaşıb.
Trend xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində
hakim Əli Məmmədovun sədrliyi keçirilən iclasda son sözlə çıxış
edən təqsirləndirilən E. Ağayev məhkəmədən ona bəraət verilməsini
xaiş edib.
Daha sonra hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Emil
Ağayev 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Emil Ağayev Cinayət Məcəlləsinin 178.3.2-ci
(Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə
təqsirləndirilir. Ev tikintisi ilə məşğul olan E. Ağayev ümumilikdə
300 min manatdan çox pul vəsaitini dələduzluq yolu ilə ələ
keçirməkdə ittiham olunur.
İttihamda göstərilib ki, təqsirləndirilən şəxs Emil Ağayev
etibardan sui-istifadə edərək Ceyhun Baloğlanovun 58 min manatını,
idmançı Kamil Zeynallının 20 min manatını mənimsəyib.
Təqsirləndirilən şəxs eyni üsulla Vasif Yusifova qarşı 53 min
manatlıq dələduzluq edib. E. Ağayev iş üzrə ümumilikdə 7 nəfərə
qarşı 300 min manatlıq dələduzluqda ittiham olunur. İttihamda
göstərilib ki, təqsirləndirilən şəxs Emil Ağayev etibardan
sui-istifadə edərək Ceyhun Baloğlanovun 58 min manatını, idmançı
Kamil Zeynallının 20 min manatını mənimsəyib. Təqsirləndirilən şəxs
eyni üsulla Vasif Yusifova qarşı 53 min manatlıq dələduzluq edib.
E. Ağayev iş üzrə ümumilikdə 7 nəfərə qarşı 300 min manatlıq
dələduzluqda ittiham olunur. O, zərərçəkmişlərə ev tikmək üçün söz
versə də, sonradan yığılan məbləği mənimsəyib.





























