Bakı. Trend:
Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının rəhbəri,
arxiyepiskop Baqrat Srbazan (Qalstanyan) Ermənistanda vəziyyəti
gərginləşdirməyə davam edir. Belə ki, keşiş bu dəfə etirazçıları
Xarici İşlər Nazirliyinin qarşısında toplaşmağa çağırıb.
Trend xəbər
verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Məlumata görə, Baqrat Srbazan Ermənistan XİN-in binasına girməyə
hazırlaşır. Binanın ətrafına xeyli sayda polis qüvvələri cəlb
olunub.
“Əhaliyə müraciət edirəm, artıq vaxt yoxdur, hamınız Xarici
İşlər Nazirliyinin binasının qarşısına gəlin”, – Srbazan əhaliyə
müraciət edərək bildirib.
Qeyd edək ki, Ermənistanda bir müddətdir ki, Azərbaycanla
sərhədlərin delimitasiyası prosesinə etiraz edən müxalifətçilər
etirazlar keçirirlər. Onlar Ermənistanla Azərbaycan arasında sərhəd
dirəklərinin quraşdırılmasına, Tovuzun işğal altında olan bir neçə
kəndinin Azərbaycana qaytarılmasına, ümumilikdə sülh prosesinə mane
olmağa çalışırlar.
Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının rəhbəri,
arxiyepiskop Baqrat Qalstanyan delimitasiya prosesinə etiraz edən
aksiyalara başçılıq edir.





























