Advertisement

İçərişəhərdə “Uşaqlar üçün İrs” Festivalı keçiriləcək

Bakı. Trend:

1-2 iyun 2024-cü il tarixlərində İçərişəhərdə, “Uşaqlarlar üçün
İrs” – 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş
mədəniyyət və yaradıcılıq festivalı təşkil olunacaq.

Trend xəbər verir ki, iki gün davam edəcək festivalda İçərişəhər
ərazisində uşaqlara tarixi-mədəni irsimizi, incəsənətimizi,
sənətkarlığı tanıtmaq, yaradıcılıq fəaliyyətini aşılamaq məqsədilə
bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. Təşkil olunacaq
tədbirlər sırasında uşaqlar üçün təşkil olunmuş muzey
ekspozisiyasının nümayişi, tarixi abidələrin öyrənilməsi məqsədilə
turun təşkili, Tahir Salahovun “Güllər” sərgisinə baxış, gənc
rəssamların əsərlərinin nümayişi, Bakı Marionet Teatrında
kuklalarla tanışlıq, sənətkarlıq üzrə ustad dərsləri, əyləncəli
oyunlar, teatr tamaşası, film nümayişi, musiqili proqram və
müxtəlif idman növlərinin nümayişi nəzərdə tutulur.

Qeyd edək ki, festival çərçivəsində, ilk dəfə olaraq,
Şirvanşahlar Sarayı Kompleksində muzeyin gənc ziyarətçiləri üçün
təşkil olunmuş “Uşaqlar üçün Tarix” ekspozisiyası nümayiş olunacaq,
eləcə də tarixi abidələrin bərpasının və qorunmasının əhəmiyyətini
vurğulmaq üçün tur təşkil olunacaq.

Şəhərimizin bütün balaca sakinlərini və qonaqlarını “Uşaqlar
üçün İrs” Festivalında gözləyirik!