Advertisement

Sumqayıtda beşmərtəbəli binada yanğın olub

Bakı. Trend:

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının pilləkən
qəfəsinin 5-ci mərtəbəsində quraşdırılan elektrik lövhəsində 11
ədəd sayğac və 4 p.m elektrik kabeli yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, yüksək temperaturdan su
borusu 0.5 p.m əriyib.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 6 nəfər bina sakini
təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.