
Bakı. Trend:
Bakıda yerləşən Milli Gimnastika Arenasında idman gimnastikası
üzrə “AGF Trophy” beynəlxalq turnir yarışlarının sonuncu gününə
start verilib.
Trend xəbər verir ki, turnir “yeniyetmələr”, “gənclər”, eləcə də
“böyüklər” yaş kateqoriyaları arasında keçirilir.
Bu gün turnirin qalibləri və mükafatçıları müəyyənləşəcək.
Azərbaycanı finalda “yeniyetmələr” yaş kateqoriyasında təmsil
edənlər: Emin Xankişiyev, İlham Salayev, Hüseyn Qəhrəmanov,
Məhəmməd Rüstəmzadə, Leyla Məmmədzadə, Albina Əliyeva və Aynaz
Məcizadə.
Azərbaycanı finalda “gənclər” yaş kateqoriyasında təmsil
edənlər: Aydın Əlizadə, Nihat Muradlı, Dəniz Əliyeva, Aytən
Məmmədova və Xədicə Abbaszadə.
Azərbaycanı finalda “böyüklər” yaş kateqoriyasında təmsil
edənlər: İvan Tixonov, Rəsul Əhmədzadə, Nikita Simonov, Murad
Ağarzaev, Mənsum Səfərov, Nazənin Teymurova və Duyqu Məcidzadə.
Qeyd edək ki, idman gimnastikası üzrə “AGF Trophy” beynəlxalq
turniri Milli Gimnastika Arenasında 15-17 mart tarixləri arasında
keçirilir. Yarışlarda Azərbaycan, Qazaxıstan, Ukrayna, Özbəkistan
və Gürcüstanı təmsil edən 90-a yaxın idmançı iştirak edir.
Foto – Zaur Mustafayev.





























