Bakı. Trend:
Abşeronda ölümlə nəticələnən ağır qəza olub.
Trend xəbər verir ki, 2001-ci il təvəllüdlü Həşimov Fərid
İftixar oğlu idarə etdiyi “Daewoo Gentra” markalı avtomobillə
Abşeron rayonu, Novxanı kəndi istiqamətdə hərəkətdə olarkən
idarəetməni itirib və əks yola çıxıb.
Nəticədə həmin yolda hərəkətdə olan 1986-cı il təvəllüdlü
Eynullayev Zaur Eynulla oğlunun idarə etdiyi “Ural 4320” markalı
yük avtomobili ilə toqquşması nəticəsində Fərid Həşimov və onun
maşınında olan sərnişin, 1989-cu il təvəllüdlü Xudiyev Emin
Cahangir oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi
başlanıb, istintaq aparılır.

























